Ruslar Xersonda tələyə düşə bilərbackend

Ruslar Xersonda tələyə düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu düşmənin maddi-texniki obyektlərinin və komanda məntəqələrinin uzaq məsafədən məhv edilməsi strategiyasından istifadə etməyə davam edəcəklər.

Editor.az xəbər verir ki, bu barədə “Defence Express”in analitiki Serhiy Zqurets deyib.
“Düşmən Dnepr çayının sağ sahilində – Xerson ətrafına əlavə şəxsi heyət köçürməyə çalışır. Ruslar üçün böyük tələyə bənzəyən ərazidə USQ düşmənin maddi-texniki təchizatını təmin edən körpüləri sıradan çıxarıb. Ruslar bərə keçidləri yaratmaqla riskləri minimuma endirməyə çalışırlar, lakin bu, rus qrupunun logistikasını bərpa etməyə imkan vermir”, – Zqurets deyib.

Ekspert onu da əlavə edib ki, Ukrayna ordusu düşmənini bütün əlaqə kanallarını tamamilə kəsə bilər.

“Ukrayna Silahlı Qüvvələri ruslara işğal olunmuş əraziləri tərk etmək imkanı verir, lakin düşmən Ukrayna qoşunlarının hücumunu şəxsi heyəti ilə kompensasiya etməyə ümid edir. Ukrayna Silahlı Qüvvələri obyektləri, komanda məntəqələrini uzaq məsafədən məhv etmə strategiyasından istifadə edəcək. Bu, dövlətimizin cənubunda düşmənin imkanlarını tükəndirməyin rasional yoludur”, – Zqurets vurğulayıb.

Editor.az