Ruslar Xersondan niyə geri çəkilirlər? – Hiyləgər plan ifşa edildibackend

Ruslar Xersondan niyə geri çəkilirlər? – Hiyləgər plan ifşa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğalçılar təxribat törətmək və Ukrayna Silahlı Qüvvələrini dinc əhalini atəşə tutmaqda ittiham etmək üçün Xerson vilayətinin sağ sahilindən geri çəkilmiş kimi davranırlar”.

Bu barədə Ukrayna ordusunun “Cənub” komandanlığının sözçüsü Nataliya Humenyuk deyib.

“Düşmən tərəfin Xerson vilayətində yaşayış məntəqələrini tərk etdiyini və tamamilə boşaldılmasını bəyan etməsinə baxmayaraq, vəziyyəti izləyirik və başa düşürük ki, bu, hiylə və ya hərbi manevr ola bilər”, – Humenyuk söyləyib.

Onun sözlərinə görə, Xersonda formalarını mülki geyimlərə dəyişmiş nizami bölmələr qalır:

“Onlar təkcə rayon mərkəzində deyil, digər qəsəbələrdə də gedən insanların evlərində məskunlaşmaqda davam edirlər. Ruslar bunu silahlı qüvvələrin guya dinc əhaliyə atəş açması görüntüsü yaratmaq üçün edirlər. Bu, təbliğat kanalları üçündür. Amma biz bu təxribatlara hazırıq”.

Teleqraf.com