Ruslar Xersondan qaçırlarbackend

Ruslar Xersondan qaçırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində bütün istiqamətləri və işğalçıların maddi-texniki arteriyalarını atəşə tutur.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının komandanlıq məntəqələrinə hücumları fonunda işğalçıların komandanlığı Dnepr çayının sol sahilinə qaçmağa başlayıb.

Editor.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin birgə əlaqələndirici mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk brifinq zamanı bildirib. O qeyd edib ki, ölkənin cənubunda vəziyyət ardıcıl olaraq çətin, gərgin olsa da, Ukrayna əsgərləri tərəfindən idarə olunur. Bəzi ərazilərdə işğalçılar quru yolla hərəkət edə bilmirlər və son 24 saat ərzində buna cəhd də etməyiblər.

“Biz cənubun bütün nəqliyyat və logistika arteriyaları üzərində atəşə nəzarəti davam etdiririk. Ruslar bu nəqliyyat əlaqələrindən çox asılıdırlar, çünki onlar sursat gətirə bilmirlər. Müdafiə Qüvvələrinin körpülərə endirdiyi zərbələr düşmənin qarşısını alır. Onlardan ağır texnikanın daşınması üçün istifadə edilir”, – Qumenyuk bildirib.

O qeyd edib ki, hazırda düşmən komandanlığının Dnepr çayının sol sahilinə doğru hərəkəti başlanıb:” Görünür, rus zabitləri daha təhlükəsiz ərazilərdən ayrı düşəcəklərindən qorxurlar”.

// Samir, Editor.az