Ruslar Xersonla “vidalaşır”backend

Ruslar Xersonla “vidalaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar işğal olunmuş Xersondan qaçır.

Editor.az xəbər veir ki, bu barədə “Arqument” verilişinin yeni buraxılışında iqtisadçı və politoloq Oleq Soskin danışıb. Onun sözlərinə görə, rus işğalçıları Xersonu saxlaya bilməyəcəklərini artıq başa düşürlər.

Çünki yeni səfərbər olunanları ora köçürmək müşkülə dönüb. Eyni zamanda ora mərmi, yeni ağır silahlar çatdırmaq da mümkün deyil… Oktyabrda su o qədər soyuq olacaq ki, sahilin o tayına keçmək mümkün olmayacaq”, – Soskin bildirib. Onun sözlərinə görə, əməliyyat indi başlasa, maksimum iki həftədən sonra qoşunlarımız Xersonun yaxınlığında dayanacaq. İşğalçıların təchizat və qış geyimləri ilə bağlı problemləri olacaq.

Üstəlik, onların dərman çatışmazlığı var, yaralıları nə edəcəklərini bilmirlər, yanacaq-sürtkü yağları tükənib. Yəni işğalçıların əslində infrastrukturu olan şəhərləri yoxdur. Yalnız Berislav və Xerson var və hər gün sıxışdırılma gedir”, – Soskin bildirib. Politoloqun fikrincə, Xerson istiqamətində ruslar üçün “yaşıl dəhliz” olmayacaq. Onların etməli olduğu tək şey təslim olmaqdır.

  //Samir,Editor.az