Dövlət Fövqəladə Hallar Xidmətinin nümayəndələrinin təsdiq etdiyi məlumata görə, Valeri Lobanovski prospekti, 6-A ünvanında yerləşən evə ziyan dəyib.
Editor.az Teleqraf.com.ua istinadən xəbər verirki Hadisə yerinə yaxın olan insanlar evin üzərindən təyyarə və ya raketlərin uçduğunu iddia edirlər. Pəncərələrin şüşələri güclü bir şəkildə titrəyir. Hündürmərtəbəli binaya atılan hansı tip mərminin bu qədər ziyan vurduğu hələlik məlum deyil. Lakin ehtimallara görə, bu, qanadlı raketdir. Mümkün qurbanların və xəsarət alanların sayı dəqiqləşdirilir. Dağıntılar nəticəsində yaranan qatı tüstü bir neçə kilometrdən görünür. Bomba atılmış evin içindəki kameraların video görüntüləri də sosial şəbəkələrə sızıb. Sakinlər vəziyyəti şərh edərkən qeyd edirlər ki, indi divar əvəzinə zalın ortasında dərin bir çuxur var. İlkin məlumatlara görə, bombardman nəticəsində ölən olmasa da xeyli sayda xəsarət alanlar var. Xatırladaq ki, ötən gecə Kiyev və onun ətrafında vəziyyət xeyli mürəkkəbləşib. Düşmən yaxınlıqdakı SES-ə basqın edib və paytaxtdan çox da uzaq olmayan Vasilkov ərazisinə desant çıxarmağa çalışıb. Rusiya hərbçiləri şəhərə daxil olsalar da, Ukrayna Silahlı Qüvvələri müdafiəni davam etdirirlər. Yeri gəlmişkən, prezident Vladimir Zelenski paytaxtı tərk etməkdən imtina edib və əmin edib ki, ordu silahı yerə qoymayacaq və torpaqları uğrunda mübarizəni davam etdirəcəklər.





