Ruslar yaxın həftələrdə iri hücum əməliyyatlarına başlaya bilərlər – Müharibənin Tədqiqi İnstitutun (ISW)backend

Ruslar yaxın həftələrdə iri hücum əməliyyatlarına başlaya bilərlər – Müharibənin Tədqiqi İnstitutun (ISW)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları çox güman ki, yaxın həftələrdə şərqdə hücum əməliyyatlarına hazırlaşırlar, lakin hələlik onlar yerin donmağını gözləyirlər.

Editor.az bildirir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) amerikalı analitikləri məlumat veriblər.

Onlar proqnozlaşdırırlar ki, düşmən qüvvələri şəxsi heyətin çatışmazlığı səbəbindən cəbhə mühüm irəliləyişlər əldə edə bilməyəcək. Rusiya mətbuatı yazır ki, yeni hücum yanvarın 12-dən fevralın 2-dək aparılmalıdır. Tarixçi Sergey Pereslegin Rusiya Federasiyasının irimiqyaslı hücum aksiyaları keçirmək üçün kifayət qədər işçi qüvvəsinin olmamasından narahatdır.

Mövcud qoşunlarla onlar yalnız lokal taktiki manevrlər edə bilər. Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin bildirib ki, Ukraynaya məxsus çoxlu sayda pilotsuz təyyarələr səbəbindən Zaporojye vilayətinin qərbində cəbhə xətti “arı pətəyi kimi uğuldayır”.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri hədəfləri kütləvi və dəqiqliklə vuraraq rusların şəxsi heyətin rotasiyasını çətinləşdirir. ISW-nin məlumatına görə, Ukraynada sıfırdan aşağı temperatur hazırda cəbhədə əməliyyatları dayandırıb, lakin yer donduqca ərazi mexanikləşdirilmiş manevr müharibəsi üçün daha əlverişli olacaq.

“ISW qiymətləndirməyə davam edir ki, qış hava və ərazi şərtlərinə baxmayaraq, Rusiya qüvvələri təşəbbüsü ələ keçirmək və saxlamaq cəhdi ilə Ukraynanın şərqində yerli hücum əməliyyatlarını davam etdirməyə və ya intensivləşdirməyə çalışacaq. ISW-nin fikrincə, Rusiya qüvvələri əməliyyat baxımından əhəmiyyətli irəliləyişlərə nail ola bilməyəcəklər” – deyə ekspertlər qeyd ediblər.

//Samir Qurbanov, Editor.az