Ruslar yenə mülki əhalini atəşə tutdu, 7 ölübackend

Ruslar yenə mülki əhalini atəşə tutdu, 7 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır”, – məlumatda deyilir.

Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.