Ruslar Yeni il gecəsini hansı ölkədə keçirir?backend

Ruslar Yeni il gecəsini hansı ölkədə keçirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “RİA Novosti” xəbər agentliyi “Kupibilet” səyahət saytının məlumatlarına əsaslanaraq, vətəndaşların Yeni il ərəfəsində Rusiyada səyahət üçün ən çox bilet aldığı ölkələr haqqında statistikanı açıqlayıb.

Editor.az xəbər verir ki, statistikaya əsasən rusiyalı turistlər Yeni il gecəsini keçirmək üçün Türkiyəyə üstünlük verirlər. Rusiyadan Türkiyəyə bilet satışı 28 faizi artıb.

Xəbərdə Türkiyədən sonra Ermənistanın 16 faizlik payla ikinci, İsrail və Azərbaycanın isə hər biri 7 faizlə üçüncü yerdə olduğu bildirilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı turizm statistikasına görə, 2022-ci ilin 11 ayında Türkiyəyə 42 milyon 164 min 954 əcnəbi turist gəlib. Turistlər arasında Rusiya Federasiyası 4 milyon 945 min 198 nəfərlə Almaniyadan sonra ikinci yeri tutur.

//Samir Qurbanov, Editor.az