Ruslar yenidən hücuma hazırlaşırbackend

Ruslar yenidən hücuma hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusların yenidən hücuma hazırlaşdığı bildirilir.

Editor.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki, bunu “Pivden” operativ komandanlığının mətbuat katibi Vladislav Nazarov deyib.

O, Rusiyanın ən böyük gəmilərindən olan “Moskva” gəmisini vurduqdan sonra ekipaja yardım etmək istədiklərini bildirib.

“Gəmini vurduqdan sonra gəminin ekipaj üzvlərinə yardım etmək istədik. Ancaq hava həddindən artıq küləkli idi. Gəmi partladıqdan sonra fırtınanın gücündən çevrilib batmağa başladı. Bu səbəbdən ekipaja kömək edə bilmədik. Hal-hazırda həmin ərazidə düşmən gəmiləri yenidən manevr edir. Bu da onların yeni hücuma hazırlaşdığının göstəricisidir”,- deyə Nazarov bildirib.

//Editor.az