Ruslara qarşı məhbuslar vuruşacaq: Volodimir Zelenski qanunu imzalayıbbackend

Ruslara qarşı məhbuslar vuruşacaq: Volodimir Zelenski qanunu imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski bəzi kateqoriyalardan olan məhbusların səfərbər edilməsi haqqında qanunu imzalayıb. Bu təşəbbüs sayəsində 20 minə qədər insan Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilə bilər.

Qanuna görə, məhkəmə tibbi komissiyanın, hərbi hissə komandirinin və məhkumun özünün razılığı əsasında onun sonrakı səfərbərliyi üçün şərti azadlığa buraxılması barədə qərar qəbul edə bilər.

Bu halda çəkilmiş cəzanın minimum müddəti ən azı üç il olmalıdır. Səfərbərlik iki və ya daha çox adamı qəsdən öldürmə, zorlama, Ukraynanın milli təhlükəsizliyinin əsaslarına qarşı cinayətlər və ya korrupsiyaya görə cəza çəkənlərə şamil edilməyəcək. Həmçinin, əvvəllər deputat və ya nazir kimi “məsul vəzifə” tutmuş məhkumlar Ukrayna Silahlı Qüvvələrinə çağırılmayacaqlar.

//Samir Qurbanov, Editor.az