Ruslardan görünməmiş etiraf: Türkiyədə vəziyyət çətinləşibbackend

Ruslardan görünməmiş etiraf: Türkiyədə vəziyyət çətinləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə Rusiya vətəndaşlarının həyatı çətinləşir və bahalaşır” deyən Rusiya vətəndaşı bu müşahidəni Yandex.Zen bloqunda paylaşıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya mətbuatının paylaşımında Türkiyədə ruslar üçün yaşanan çətinliklər belə sıralanıb:

– Yaşayış icazəsi almaq çətinləşib.

– Kirayə qiymətlərində çox böyük artım var.

– Daşınmaz əmlakın satış qiymətləri çox artıb.

– Təyyarə biletləri bahadır.

– Tibbi sığorta bahadır.

– Daşınmaz əmlakın alınmasında yaşayış icazəsi almaq şərtləri çətinləşib. Dəyəri 75 min dollardan az olan evlərin sahiblərinin müraciətləri rədd edilir.

– Əcnəbilərin Türkiyə vətəndaşlığını əldə etməsi üçün daşınmaz əmlak almaq üçün aşağı hədd 250 min avrodan 400 min avroya qaldırıldı.

-Türkiyə immiqrant axınını məhdudlaşdırmaq üçün yeni qadağalar qoyur.

//Safura Bənnayeva, Editor.az