Çikaqo Universitetinin (NORC) nəzdində fəaliyyət göstərən İctimai Rəy Araşdırma Mərkəzinin apardığı yeni müstəqil sorğunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiyada iqtisadi şəraitin və həyat səviyyəsinin pis olmasına baxmayaraq, öz rejiminə və Ukraynadakı müharibəsinə güclü daxili dəstəyi saxlayır.
Editor.az bildirir ki, bu barədə İctimai Rəy Araşdırma Mərkəzi, Çikaqo Universiteti (NORC) və ISW məlumat yayıb. Amerikalı sosioloqlar Rusiya mobil operatorlarının məlumatlarından istifadə edərək Rusiya Federasiyasında və Rusiya tərəfindən işğal olunmuş Krımda yaşayan 1046 yetkin rusiyalı arasında sorğu keçiriblər.
Sorğunun nəticələrinə görə, iştirakçıların 67%-i Putinin xarici siyasətini, 58%-i isə onun daxili siyasətini bəyənir. 66% isə martda keçiriləcək prezident seçkilərində Putinə səs verməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az

