Rusların bütün raketləri Ukrayna səmasında məhv edilibbackend

Rusların bütün raketləri Ukrayna səmasında məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri rusların gecə hücumu zamanı atdıqları bütün raketləri vurublar.

Editor.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuka istinadən xəbər verir ki, gecə saat 03:30 radələrində rus işğalçıları Ukraynaya şimal, cənub və şərq istiqamətlərindən müxtəlif növ hava, dəniz və qurudan 18 raketlə hücum edib. Altı MiQ-31K təyyarəsi altı X-47M2 “Kinjal” aeroballistik raketi, Qara dənizdəki gəmilərdən doqquz “Kalibr” qanadlı raketi və üç quru raketi (S-400, İskəndər-M) atılıb.

Bütün raketlər Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib. Bundan əlavə, rus işğalçıları “Şahed-136/131” hücum pilotsuz uçan aparatlarla, o cümlədən üç operativ-taktiki pilotsuz uçan aparat – “Orlan-10” və “SuperCam” ilə də hücum ediblər. Hamısı və hər şey məhv edilib”, – Oleşçuk qeyd edib. Komandirin sözlərinə görə, Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin taktiki aviasiyası Rusiya mövqelərinə zərbələr endirməkdə davam edir.

  //Samir Qurbanov,Editor.az