Rusların cəmi üç günlük hərbi sursat və ərzaq ehtiyatı qalıbbackend

Rusların cəmi üç günlük hərbi sursat və ərzaq ehtiyatı qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçılarının üç gün hərbi sursat və ərzaq ehtiyatları var.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat virilib.

Editor.az-ın “Ukrainskaya Pravda”ya istinadən yaydığı həmin məlumata görə, düşmən cəbhəsində ciddi yanacaq çatışmazlığı var. Onların boru kəməri rabitəsini təşkil etmək alınmadı.
Ötən günlər ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb. Donetsk və Luqansk istiqamətlərində düşmən irəliləməyə və möhkəmlənməyə çalışsa da, uğur əldə edə bilməyib.
Ukrayna Silahlı Qüvvələri düşmənin 13 hücumunu dəf edib, 14 tankı, 8 piyada döyüş maşını, 2 MTLB, 3 artilleriya sistemi və 4 texnikasını sıradan çıxarıb. Hava hücumundan müdafiə qüvvələri düşmənin iki hava hədəfini vurub. Şəxsi heyətinin itkiləri isə təxminən 300 nəfərdir. Mariupolun müdafiəçiləri “Raptor” patrul katerini və “Leyer-3” elektron döyüş kompleksini məhv ediblər.
Ruslar Belarus əsgərləri arasında Ukraynaya qarşı döyüşməklə bağlı aqressiv təbliğat aparmağa davam edirlər.

Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində düşmənlər “LXR vətəndaşlarının” xaotik səfərbərliyini həyata keçirirlər. Əhalinin əhəmiyyətli hissəsi isə işğalçıların siyasətini dəstəkləmir, savaşdan yayınaraq işğalçı hakimiyyətin nümayəndələrindən gizlənir. Yalnız Rusiya pasportu olanlarla, kontrakt bağlanır, psevdo-respublika pasportu daşıyan insanlar isə könüllülük əsasında savaşa cəlb olunur.

Editor.az