Rusların çətin vəziyyətə düşdüyünü deyə bilmərikbackend

Rusların çətin vəziyyətə düşdüyünü deyə bilmərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərlərinin Baxmut istiqamətində 2 kilometr irəliləməsinə baxmayaraq, orada döyüşlər bundan sonra da davam edəcək.

Editor.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

“Ukrayna müdafiə qüvvələrinin əks-hücumu çərçivəsində baş verən proseslər taktiki xarakter daşıyır. İndi bölmələrimiz Baxmut şəhərini birləşdirən dəhlizi möhkəmləndirir. Lakin bu, taktiki səviyyə olduğundan, Ukrayna müdafiə qüvvələrinin əks-hücum hərəkətləri nəticəsində Rusiya qoşunlarının orada çətin vəziyyətdə olduğunu söyləmək düzgün deyil”, – ekspert bildirib. /Axar.az