Rusların hücum dəstələri Luqansk vilayətində Ukrayna hərbi geyimində gəzirlərbackend

Rusların hücum dəstələri Luqansk vilayətində Ukrayna hərbi geyimində gəzirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimində rusların hücum dəstələri görünüb. Bu isə o deməkdir ki, işğalçılar “xarici bayraq” altında təxribatlar, cinayətlər hazırlaya bilərlər”.

Editor.az bildirir ki, bu barədə Milli Müqavimət Mərkəzinin mətbuat xidməti xəbər yayıb: “Kremennaya istiqamətində rus qoşunlarının hücum dəstələri tərəfindən Ukrayna pikselindən istifadə qeydə alınıb. Ruslar həmçinin Ukrayna Silahlı Qüvvələrini gözdən salmaq üçün “xarici bayraq” altında əməliyyatlar planlaşdıra bilərlər. Mülki əhali arasında nümayişkarənə zorakılıq hərəkətləri mümkündür”.

CNS-in məlumatına görə, işğalçılar bir-birini Ukrayna hərbçilərindən fərqləndirmək üçün ayaqlarında qırmızı, ağ və ya mavi lentlərdən istifadə edirlər.

  //Samir Qurbanov, Editor.az