Rusların hücumu dayandırılıb – Cənub Müdafiə Qüvvələribackend

Rusların hücumu dayandırılıb – Cənub Müdafiə Qüvvələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hulyai-Polye yaxınlığında Quru Qoşunlarının 33-cü əlahiddə Hücum Alayı və digər bitişik hücum və mexanikləşdirilmiş bölmələr hücumu dayandırıb və ərazidəki vəziyyəti yenidən nəzarətə götürüb. Cəbhə sabitləşdirilib.

Editor.az xəbər verir ki, bu barədə Cənub Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilir ki, Ukraynanın cənubundakı vəziyyət gərgin olaraq qalır. Son 24 saat ərzində düşmən Müdafiə Qüvvələrinin mövqelərinə 62 dəfə hücum edib. Xüsusilə, Hulyai-Polye istiqamətində Ukrayna qüvvələri Zatişie, Sladke və Krasnoe kəndləri yaxınlığında və Dobropillya, Priluki, Varvarovka və Hulyai-Polye kəndləri istiqamətində düşmənin 21 hücumunu dəf edib.

Bundan əlavə, Aleksandrovsk istiqamətində Yalta, Andreevka-Klevtsovo, Verbovoye, Privolnoye, Rıbnoye, Zelenı Hay, Poddubnoye, Voronoye, Stepnoye, Yanvarskoye, Sosnovka, Krasnogorskoye kəndləri yaxınlığında və Alekseyevka istiqamətində düşmənin 30 hücumu baş verib. Orexovo istiqamətində Malaya Tokmaçka, Novoandreyevka, Stepnogorsk, Primorskoye, Kamenskoye və Stepnoye ərazilərinə işğalçıların on hücumu dəf edilib.

Ümumilikdə, son 24 saat ərzində düşmənin itkisi 243 əsgər, iki zirehli döyüş maşını, 15 artilleriya sistemi, yeddi motosiklet və digər avadanlıq olub. Düşmənin yeddi PUA heyəti də müəyyən edilərək məhv edilib.

//Samir Qurbanov, Editor.az