Rusların Kiyevə kütləvi hücumu: dağıntı və tələfat varbackend

Rusların Kiyevə kütləvi hücumu: dağıntı və tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə ruslar Kiyevə kütləvi hücuma keçdilər, bütün şəhər boyu ciddi dağıntılar və itkilər var.

Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bildirdiyinə görə, gecə ərzində düşmən mülki infrastrukturu hədəfə alaraq, pilotsuz təyyarələrlə Kiyevə davamlı olaraq hücum edib. Paytaxtın 7 rayonuna ziyan dəyib. Çoxmərtəbəli və fərdi yaşayış evlərində qismən dağıntılar, yanğınlar var. Avtomobillər və anbarlar yanıb, – o qeyd edib.

Şəhərin meri Vitali Kliçko gecə hücumu nəticəsində paytaxtda 4 nəfərin yaralandığını, onların hamısının həkimlər tərəfindən xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, yanğın Şevçenkivski rayonunda biznes mərkəzində, Solomenski rayonunda isə çoxmərtəbəli binada baş verib. Həmçinin Podolskda iki yerə İHA qalıqları düşüb.

Obolon Rayon Dövlət Administrasiyasının rəhbəri Kirilo Fesikin “Suspilne”yə verdiyi məlumata görə, Kiyevin Obolon rayonunda çoxmərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində yanğın baş verib. 18 mənzilə ciddi ziyan dəyib: “Obolon əsas hədəflərdən biri idi. Çoxlu sayda partlayış və çoxlu sayda yanğın baş verib. Yaşayış sektoruna qismən ziyan dəyib”, – Fesik bildirib.

//Samir Qurbanov, Editor.az