Rusların Kiyevə raket hücumunun nəticələri dəqiqləşdirilir: Ölənlər arasında uşaqlar da varbackend

Rusların Kiyevə raket hücumunun nəticələri dəqiqləşdirilir: Ölənlər arasında uşaqlar da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə rus işğalçıları Kiyevə daha bir raket hücumu həyata keçiriblər.

Düşmən zərbəsi ən azı üç nəfərin həyatına son qoyub və ondan çox adamı şikəst edib. Ölənlər və yaralananlar arasında uşaqlar da var.

Editor.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən bildirir ki, paytaxta hücumların “İsgəndər” tipli raketlərdən istifadə edilərək həyata keçirilib. “10 raketdən 10-u Ukrayna Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib”, – Baş Qərargah səhər hesabatında bildirib. Bundan əlavə, düşmən son sutka ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 3 raket və 29 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 49 hücum həyata keçirib.

“Təəssüf ki, mülki əhali arasında itkilər var, şəxsi yaşayış binaları və digər infrastruktur zədələnib. Bütün Ukrayna ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı gələcəkdə də çox yüksək olaraq qalır”, – Baş Qərargah qeyd edib. Səhər saat 08:24-ə olan məlumata görə, Hərbi Hava Qüvvələri düşmənin İsgəndər OTRK-dan müxtəlif növ yerüstü raketləri buraxdığını dəqiqləşdirib.

Atışlar Rusiya Federasiyasının sərhəd Bryansk vilayətindən həyata keçirilib. “Bütün 10 “İsgəndər-M” ballistik raketi və üç “İsgəndər-K” qanadlı raketi Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, – məlumatda deyilir.

//Samir Qurbanov,Editor.az