Rusların raket hücumu barədə ən son məlumat: “Kinjal”ların biri vuruldu, üçü isə…backend

Rusların raket hücumu barədə ən son məlumat: “Kinjal”ların biri vuruldu, üçü isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq xəbər verdiyimiz kimi, avqustun 11-də səhər saat 10:00 radələrində rus işğalçıları Ukrayna ərazisinə 4 MiQ-31K təyyarəsindən 4 ədəd X-47 “Kinjal” aeroballistik raketini buraxıblar.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Telegram-da məlumat yayıb.

Qeyd edilir ki, buraxılışlar Rusiyanın Tula və Lipetsk vilayətlərinin hava məkanından həyata keçirilib. “Raketlər şimaldan Ukraynanın hava məkanına daxil olub, cənub-qərbə doğru İvano-Frankivsk vilayətindəki Kolomiya aerodromunun ərazisinə düşüb”, – məlumatda deyilir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Kiyev vilayətində 1 ədəd Kh-47 raketi məhv edilib.

Bu, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan 14-cü “Kinjal” olub, daha 13-ü may-iyun aylarında məhv edilib. Qalanları aerodromdan o qədər də uzaq olmayan yerə düşüb. Mülki infrastruktur obyektləri vurulub, raketlərdən biri isə yaşayış sahəsinə düşüb”, – məlumatda deyilir. İvano-Frankivsk OVA-nın məlumatına görə, rusiyalı terrorçuların raket hücumu nəticəsində bir uşaq həlak olub, yaralananlar var.

 //Samir Qurbanov, Editor.az