“Rusofobiya”ya görə Rusiyada cinayət məsuliyyəti tətbiq ediləcəkbackend

“Rusofobiya”ya görə Rusiyada cinayət məsuliyyəti tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada “rusofobiya”ya görə cinayət məsuliyyəti tətbiq etmək istəyirlər.
Editor.az bildirir ki, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda belə bir təşəbbüslə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya çıxış ediblər. Moskalkova iddia edir ki, Ukrayna vətəndaşlarından öz ölkələrində özlərini yad kimi hiss edən “minlərlə müraciət” alıblar – onlar Ukraynada yaşamaqdan, 9 May haqqında danışmaqdan qorxurlar, rus ədəbiyyatı haqqında fikirlərini bildirməkdən çəkinirlər.
“Hesab edirəm ki, bu gün “rusofobiya” ictimai təhlükəli əməlin bütün əlamətlərini özündə əks etdirən ayrıca cinayətdir. Bu, Rusiya vətəndaşlarına qarşı etnik, milli, dil, dini və s. ayrı-seçkilikdən ibarət müasir neonasizmin formalarından biridir”, – Rusiya Ombudsmanı bildirib. Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya da “rusofobiya” anlayışının hüquq səviyyəsində müəyyənləşdirilməsinin və buna görə cinayət məsuliyyətinə cəlb edilmənin tərəfdarı olduğunu bildirib.
 //Samir Qurbanov,Editor.az