Rusya dronlarının gecə hücumu: Nə məlumdur?backend

Rusya dronlarının gecə hücumu: Nə məlumdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 12-nə keçən gecə Rusiya ordusu dronlarla Ukraynaya hücum ediblər.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı Telegram-da məlumat yayıb. Hücumlar işğal olunmuş Krımdan – Balaklava rayonundan edilib. “Ümumilikdə, 15 “Shahed-136/131” hücum PUA-nın buraxılışı qeydə alınıb.

Onlardan doqquzu Müdafiə Qüvvələrinin mobil atəş qruplarının bölmələri tərəfindən Ukraynanın müxtəlif bölgələrində məhv edilib”, – məlumatda deyilir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrindən xatırladılıb ki, dekabrın 11-də axşam saatlarında “Vostok” hava komandanlığının zenit-raket bölmələri Zaporojye və Dnepropetrovsk vilayətlərində iki ədəd “X-59” idarə olunan təyyarə raketini məhv edib.

//Samir Qurbanov, Editor.az