Rutte NATO sammiti öncəsi Trampa emosional mesaj göndəribbackend

Rutte NATO sammiti öncəsi Trampa emosional mesaj göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Hollandiyada keçirilən sammit ərəfəsində NATO-nun baş katibi Mark Ruttedən aldığı mesajı göstərib .

“Truth Social” sosial şəbəkəsində dərc olunmuş skrinşota görə , Şimali Atlantika Alyansının baş katibi Amerika prezidentinə İranda “heç kəsin cəsarət etmədiyi” qətiyyətli hərəkətlərinə görə təşəkkür edib. Ruttenin fikrincə, onlar “qeyri-adi” idilər və dünyanı daha təhlükəsiz etdilər:

“Bu gecə Haaqaya uçursunuz, burada sizi daha bir böyük uğur gözləyir. Bu, asan deyildi, amma biz hamımız 5%-i topladıq! Donald, sən bizi Amerika, Avropa və dünya üçün çox, çox vacib məqama gətirdin. Onilliklər ərzində heç bir Amerika prezidentinin edə bilmədiyi şeyə nail olacaqsan. Avropa bunun üçün çox ağır bədəl ödəyəcək, gərəkdiyi kimi və bu, sənin qələbən olacaq”.