Səfər Mehdiyev türk şirkətinə Qarabağda mane olur?-İqtisadçıdan açıqlamabackend

Səfər Mehdiyev türk şirkətinə Qarabağda mane olur?-İqtisadçıdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə müsahibəsində Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrükdə rüşvət olmadığını, inhisarçılığa “yox” dediklərini açıqlayıb. İlk baxışdan bu populist çıxış qulağa xoş gəlir. Amma reallıqlar fərqlidir.
TİA.Az xəbər verir ki, iqtisadçı ekspert, sahibkarlıqla məşğul olan Nazim Bəydəmirli gömrük şefinin sözlərini darmadağın edəcək fakt açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə şirkətlərindən biri Qarabağın quruculuğunda iştirak etmək istəyib: “Məndən qiymət təklifi istəmişdilər, görüşdük, təklif verdik. Qubadlı təhvili 623 dollar, özləri də demişdilər ki, “Baku steel” 1300 manat+ƏDV satır, ancaq mal da verə bilmirlər, növbədir və s…

Mən də məsləhət gördüm ki, gömrükdən malınızı aldığınız qiymətə buraxacaqlarsa, daha keyfiyyətli və ucuz qiymətə bizdən alarsınız.
Bizim verdiyimiz malın üstünə 15% gömrük rüsumu da tətbiq etdikdən sonra, yenə “Baku steel”-in malından sərfəli gəlir. Ancaq Gömrük Komitəsi 623 dollar əvəzinə “bəyannamə qiymətini” 800 dollar olacağını deyib”.
N.Bəydəmirli bildirir ki, beləliklə həm “süni qiymət artımı” yaradır, həm də yerli istehsalçının “monopoliyasına” dəstək verirlər: “Xaricinin də heç nəyi getmir, sadəcə Qarabağın bərpası planı adı altında tikdikləri layihələr Azərbaycan büdcəsinə 2-3 qat baha başa gələcək və biz xalq olaraq gömrükçülərin şəffaf işləmələri haqqında “nağıllar” eşidəcəyik…
Zəhmət olmasa jurnalistlər getsinlər Gömrük Komitəsinin “labarotoriya”-sının qarşısına və yazıq, yetim sahibkarları çəksinlər ki, onlar oraya niyə göndərilirlər və məqsəd nədir?”