Martın 31-nə keçən gecə ruslar Ukraynaya hava hücumu zamanı 10 “Şahed” tipli pilotsuz uçuş aparatından istifadə ediblər. Onlardan 9-u hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook-dakı xülasəsində deyilir. Bundan əlavə, Baş Qərargahın məlumatına görə, düşmən gecə saatlarında S-300 hava hücumundan müdafiə sistemindən istifadə edərək, Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket zərbəsi endirib.
//Samir Qurbanov,Editor.az