Saakaşvili AÇIQLADI: “Əgər Qərb istəsəydi… “-ŞƏRHbackend

Saakaşvili AÇIQLADI: “Əgər Qərb istəsəydi… “-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nüvə silahından istifadə etmək elə də asan məsələ deyil”.

Bunu Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Kreml rəhbərinin Ukraynanın davam edən əks-hücumu şəraitində hərəkətlərini proqnozlaşdırarkən dediyi “Bunu ilk dəfə ABŞ prezidenti Co Bayden ciddi olaraq deyib. Mən hesab edirəm ki, Putinin son aylar etdiyi bütün hərəkətlər elə qırmızı düyməyə basmağa hazırlıqdır. Böyük ehtimalla, Belarusda hansısa təxribat törədiləcək ki, Minskin Moskvanı öz müttəfiqinin müdafiəsi üçün hərəkətə keçməyə sövq etdiyini iddia etsin”,- fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tarixdə nüvə silahından bir dəfə istifadə edilib:

“1945-ci ildə Yaponiyanın təslim olmadığını görüb özünü demokratiyanın beşiyi adlandıran Amerika istifadə edib. Nüvədən istifadə məsələsinə gəlincə, sizcə bu o qədərmi asandır? Nüvə silahından hazırda istifadə bumeranq rolunu oynayacaq düşüncəsi ilə dünyada hakimdir. Yəni, bu silaha tək sahib olan ölkə Rusiya deyil. 10 ölkə nüvəyə sahibdir ki, onların da tam əksəriyyəti Ukraynanın yanındadır. Onun üçün Rusiyanın bu yola əl atacağı gözlənilmir. Həm də Putin o qədər də ağılsız siyasətçi deyil. Təbii ki, sonda bıçaq sümüyə dirənəndə bu yola ən sonuncu addım kimi əl atıla bilər. Onu da düşünmürəm. Çünki proseslər heç o yerə qədər gedib çıxmayacaq. Buna öncəliklə Qərb dünyasının özü imkan verməz”.

Siyasi şərhçi M.Saakaşvilinin Belarus variantını gündəmə gətirməsinə də münasibət bildirib: “Niyə orada təxribat törədilsin ki? Təxribat Amerika başda olmaqla, Qərb dünyasından gələcək və bu da Rusiya ilə burun-buruna gəlmək məqsədi daşıyacaq. Bunu Qərb istəyirmi? Xeyr. Əgər istəsəydi, Ukraynada üz-üzə gələrdi. Onun üçün də real fikirlər deyil. Görünür, Saakaşvili həbsdə təbii olaraq, gedən proseslərdən tam məlumatlı deyil. Ümumiyyətlə, nüvəyə sahib olan bütün ölkələr bundan digər güclərə qarşı təzyiq riçağı kimi daim istifadə ediblər və bundan sonra da bu belə olacaq. Amma uzaq gələcəkdə bu silahdan istifadə edilə biləcəyini güman etmirəm. Dediyim kimi, bu silahlardan istifadə elə də asan məsələ deyil. M.Saakaşvili yaxşı olar ki, azadlığa çıxmağın yolları barədə ancaq düşünsün. Amerika başda olmaqla, Qərb dünyasından heç bir ölkəyə, heç bir şəxsə nicat yolu qalmayıb”.

//Safura Bənnayeva, Editor.az