Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə o “Pirveli” telekanalına açıqlamasında bildirib.
Siyasətçinin sözlərinə görə, o, xəstəliyi bir neçə həftə öncə yüngül formada keçirib.
Saakaşvili koronavirusun asimptomatik olduğunu və antikor testindən sonra xəstəlik haqqında öyrəndiyini sözlərinə əlavə edib.

