Saakaşvili həpsdə qalmaqda davam edəcəkbackend

Saakaşvili həpsdə qalmaqda davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini səhhətinə görə azadlığa buraxılmasını rədd edib.

Editor.az bildirir ki, bu barədə Gürcüstanın eks-prezidentin silahdaşı Yekaterina Xerxeulidze bildirib. O qeyd edib ki, Tbilisi məhkəməsi keçmiş dövlət başçısının işinə qiyabi qaydada baxaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, bundan əvvəl Tbilisi şəhər məhkəməsi Saakaşvilinin vəkillərinin səhhəti ilə əlaqədar onun azadlığa buraxılması ilə bağlı vəsatətini də rədd etmişdi.

  //Samir Qurbanov, Editor.az