Saakaşvili ölümdən döndü – FOTObackend

Saakaşvili ölümdən döndü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki “Vivamed” tibb mərkəzində olarkən huşunu itirib.

O, yerə yıxılarkən başı dəmir masaya dəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi mayın 3-də özünün “Facebook” səhifəsində məlumat verib.

Saakaşvili möcüzəvi şəkildə ölümdən döndüyünü qeyd edib.

O, vaxtında köməyə görə həkimlərə təşəkkür edib. Eks-prezident bildirib ki, aprelin 29-dan bəri üçüncü dəfədir huşunu itirir. Onun qanında kaliumun səviyyəsi aşağı düşüb və həkimlər lazımi tibbi yardım göstərirlər.