Saakaşvili tərəfdarları Gürcüstanın ən böyük şəhərlərində küçələrə çıxıblarbackend

Saakaşvili tərəfdarları Gürcüstanın ən böyük şəhərlərində küçələrə çıxıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın tərəfdarları sabiq prezident Mixail Saakaşviliyə dəstək ifadə etmək üçün Tbilisi, Kutaisi və Batumi küçələrinə çıxıblar.

Editor.az Gürcüstan mənbələrinə istinadən bildirir ki, etirazçılar bu şəhərlərin mərkəzinə, Tbilisidə isə hökumət administrasiyası binası yaxınlığına toplaşaraq Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər.

Saakaşvilinin anası Giuli Alasaniyanın dediyi kimi, Saakaşviliyə dəstək tədbirləri böyük əhəmiyyət kəsb edir. Çünki vətəndaşların fəaliyyəti, eləcə də onların mövqeləri və istəyi önəmlidir.

Qeyd edək ki, Tiflis məhkəməsi Saakaşvilini səhhətinə görə azadlığa buraxmaqdan imtina edib və bu, VMH-da və Avropa Parlamentində narazılığa səbəb olub.

//Samir Qurbanov,Editor.az