Saakaşvilinin əfvi Zurabişvilini xilas edə bilərmi?backend

Saakaşvilinin əfvi Zurabişvilini xilas edə bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salome Zurabişvilinin həbsdə olan eks-prezidenti əfv etməyə razılığı onun üçün intihar olacaq.

Editor.az bildirir ki, müvafiq bəyanatla hakim “Gürcü arzusu” siyasi təşkilatının icraçı katibi Mamuka Mdinaradze çıxış edib. “Mən düşünmürəm ki, Salome Zurabişvili şantaja tab gətirsin və Saakaşvilini əfv etsin.

Çünki əks halda impiçment məsələsini dəstəkləyəcəklər”, – Mdinaradze deyib. Siyasətçi vurğulayıb ki, belə bir ssenarinin baş vermə ehtimalı çox azdır – prezident çətin ki, onun həyata keçirilməsinə razı olsun.

Qeyd edək ki, “Gürcü arzusu” prezidentin impiçmenti üçün sənədləri tərtib etməyə başlayıb. Zurabişvilinin özü də Avropaya səfərlərə başlayıb ki, bu da hakimiyyətin səbrini daşıyan son damla olacaq.

//Samir Qurbanov, Editor.az