Saakaşvilinin vəziyyəti çox ağırdırbackend

Saakaşvilinin vəziyyəti çox ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan həbsxanasında saxlanılan Gürcüstanın eks-prezidenti, Ukrayna İslahatları üzrə İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin vəziyyəti ağırdır.

Editor.az-ın məlumatına görə, bu barədə aprelin 26-da Gürcüstan Ombudsmanı yanında yaradılmış alternativ tibb şurasının həkimi Otar Toidze məlumat verib. “Onun vəziyyəti o qədər ağırdır ki, hansısa xarici klinikada təcili müalicəyə ehtiyac var. Biz demişdik ki, bu proses tədricən xəstəni əvvəlcə əlilliyə, daha sonra isə ola bilsin ki, ölümə aparacaq. İndi bu məqama yaxınlaşırıq” – Toidze deyib. Qeyd edək ki, ötən həftə alternativ tibb şurasının üzvləri həbsxanada Saakaşvilini ziyarət və müayinə ediblər. Müayinənin nəticələri barədə rəy hazırlanır.

  Editor.az