Saakaşviliyə doqquz diaqnoz qoyulubbackend

Saakaşviliyə doqquz diaqnoz qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidə 9 xəstəlik aşkarlayıblar.

Editor.az xəbər verir ki, bu barədə siyasətçinin anası Giuli Alasania mayın 12-də oğlunu ziyarət etdikdən sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, indi Saakaşvilinin vəziyyəti iki gün əvvəl Rustavidəki həbsxanadakından “daha pisdir”. “Onun rəngi solğundur, çətinliklə hərəkət edir. Mənə dedi ki, dünən üç dəfə yıxılıb. Dəhşətli dərəcədə zəiflləyib. Testlərdən keçib, indi nəticələrini öyrənmək lazımdır. Bilmirəm, onu nə vaxta qədər orada saxlayacaqlar. Onun sağ qalmaq üçün intensiv müalicəyə ehtiyacı var, hər şey bundan ibarətdir.

Onu burada reabilitasiya etmək mümkün deyil”,- Alasania deyib. O, qeyd edib ki, klinikadakı həkimləri “çox bəyənib” və həkimlər də ona “hələ belə xəstə ilə qarşılaşmadıqlarını” deyiblər. Eks-prezidentə nə az, nə çox – “doqquz diaqnoz” qoyulub. “Bizim müşahidəyə deyil, müalicəyə ehtiyacımız var” – Alasania bildirib.. Qeyd edək ki, mayın 12-də Saakaşvili həbsxanadan Tbilisidəki “Vivamed” özəl klinikasına köçürülüb.

Editor.az