Saatlıda ağır avtomobil qəzası: Ölən varbackend

Saatlıda ağır avtomobil qəzası: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Saatlı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Editor.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Soltanabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, aprelin 22-də saat 21:00 radələrində Saatlı rayonunun Soltanabad kəndi ərazisində kənd sakini Asif Tarverdiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən həmkəndlisi Qədir Mirzəyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.