Sabah ABŞ Konqresinin Nümayəndələr Palatası Co Baydenin impiçment araşdırılmasının başlanmasına səs verə bilərbackend

Sabah ABŞ Konqresinin Nümayəndələr Palatası Co Baydenin impiçment araşdırılmasının başlanmasına səs verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü, dekabrın 13-də prezident Co Baydenin impiçment araşdırılmasının rəsmiləşdirilməsi üçün səs verə bilər.

Editor.az bildirir ki, bu barədə “Reuters” respublika liderinin adının açıqlanmasını istəməyən köməkçisinə istinadən yazır. O əlavə edib ki, səsvermə ilə bağlı rəsmi planlar dəyişməz olaraq qalır. Respublikaçıların nümayəndəsi Kelli Armstronq daha əvvəl Nümayəndələr Palatasına təhqiqata icazə verib-verməməsi ilə bağlı səsverməyə imkan verəcək 14 səhifəlik qətnamə təqdim etmişdi.

Nəşr qeyd edir ki, respublikaçılar hələ də Baydenin vitse-prezident kimi fəaliyyətini oğlunun biznesi ilə əlaqələndirən sübutlar təqdim edə bilməyiblər. “Çətin ki, Baydenin Demokratik Partiyasının nisbi səs çoxluğuna sahib olduğu Senat Nümayəndələr Palatasının qəbul edəcəyi impiçment maddəsi üzrə prezidentin mühakimə olunmasına səs versin”. Baydeni araşdıran üç komitədən birində oturan respublikaçı Bayron Donalds “Fox News”a deyib ki, o, araşdırmanın iki ay ərzində tamamlanacağını və Nümayəndələr Palatasının yazda impiçment maddələri hazırlayacağını gözləyir.

//Samir Qurbanov, Editor.az