Sabah ad günü olacaqdı, dəm qazından boğuldu…backend

Sabah ad günü olacaqdı, dəm qazından boğuldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda 18 yaşlı qız dəm qazından boğulub.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Rəncbər kəndində qeydə alınıb.

Rəncbər kənd sakini, 2004-cü il təvəllüdlü Əsədova Könül Əkrəm qızı vanna otağında dəm qazından keçinib.

Qeyd edilir ki, gənc qızın 2022-ci il yanvarın 1-də 18 yaşı tamam olacaqdı.
Faktla bağlı araşdırma aparılır.