Sabah Amerikada prezident seçkisidir: snayperlər, PUA-lar və s. iş başındadırbackend

Sabah Amerikada prezident seçkisidir: snayperlər, PUA-lar və s. iş başındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti seçki rəsmilərinə qarşı təhdidlərin artması və mümkün iğtişaşlarla əlaqədar bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib.

Editor.az bildirir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb. Məqalədə təhlükəsizlik tədbirlərinə pilotsuz təyyarələrin istifadəsi, panik düymələrinin quraşdırılması və bir neçə şəhərdə seçki məntəqələri və bülletenlərin hesablanması mərkəzlərinin mühafizəsi üçün snayperlərin yerləşdirilməsi təklif edilir.

Polis çevik reaksiya qüvvələrini hazır vəziyyətə gətirir və küçələrdə əlavə patrullar fəaliyyət göstərir. Ən azı iki ştat – Vaşinqton və Nevada mümkün iğtişaşlar zamanı Milli Qvardiyadan istifadə etmək qərarına gəlib. Ştatdakı səslərin sayılması prosesinə nəzarət edən Arizona ştatının katibi Adrian Fontez, potensial hücum zamanı bədən zirehi geyindiyini söyləyib.

WP qeyd edib ki, artan təhlükəsizlik tədbirləri səlahiyyətlilərin zorakılığın baş verməsi və səsvermə məntəqələri işçilərinin, eləcə də səsverməyə gələn amerikalıların hədələnməsindən narahat olduğunu göstərir. Bir çox məntəqə əməkdaşlarının təzyiqlərə və təhdidlərə məruz qalması seçki prosesi zamanı təhlükəsizliyin təmin edilməsində çətinliklərin olduğunu göstərir.

//Samir Qurbanov, Editor.az