Sabah İbrahim Rəisi Ankaraya gedirbackend

Sabah İbrahim Rəisi Ankaraya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti sabah Türkiyənin paytaxtına gələcək.

Editor.az bildirir ki, bu barədə IRNA yazıb. İbrahim Rəisi Türkiyə prezidentinin dəvəti ilə Ankaraya uçacaq. Eyni zamanda o, yüksək rütbəli məmurların da daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək. Ankarada İran prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Səfər proqramına İran və Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Ali Şurasının VIII iclası da daxildir. İclasa Rəisi və Ərdoğan sədrlik edəcək. Danışıqlardan sonra prezidentlər birgə mətbuat konfransında çıxış edəcəklər. Rəisi İran və Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə də görüşəcək, iranlı mühacirlərlə də əlaqə saxlayacaq.

Xatırladaq ki, Rəisinin səfəri ilkin olaraq bu il yanvarın 5-nə planlaşdırılıb. Amma Kirmanda baş verən qanlı terror aktı səbəbindən səfər təxirə salınmalı olub.

//Samir Qurbanov, Editor.az