Azərbaycan Futbol Federasiyaları Assosasiyasının Lisenziyalaşma qrupunun bugünkü tədbirindən çəkilən şəkillərdə “Sabah”ın nümayəndəsinin yoxluğu haqlı olaraq “Masazır klubuna lisenziya verilməyib” sualını ortaya çıxarıb.
Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın reaksiyasını təqdim edirik:
“Məsələ burasındadır ki, görüşdə “Sabah”ın nümayəndəsi iştirak etməyib. Daha doğrusu, tədbirə yubanıb. Bununla belə, sonradan gəldiyi üçün ona da müvafiq lisenziya təqdim olunub. Bir sözlə, “Sabah”ın nümayəndəsinə lisenziya fərdi qaydada verilib”.
Qeyd edək ki, bu gün AFFA-da 2021-2022-ci il lisenziyalaşdırma mövsümündə UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziya təqdim olunub.
Fanat.Az

