Sabah NATO, Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri Ankarada görüşəcəklərbackend

Sabah NATO, Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri Ankarada görüşəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO, Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətlərinin Ankarada görüşü keçiriləcək.

Editor.az xəbər verir ki, üçtərəfli sazişə uyğun olaraq yaradılmış daimi birgə mexanizmin dördüncü iclasını 14 iyun 2023-cü il, çərşənbə günü saat 09-da Prezident küllüyəsində Respublika Prezidentinin baş müşaviri səfir Akif Çağatay Kılıçın iştirakı ilə keçiriləcək.

İclasda NATO nümayəndə heyətinə rəhbərlik edəcək NATO baş katibinin kabinetinin rəhbəri Stian Yenssenin, İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi səfir Yan Knutssonun, həmçinin Finlandiya Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Jukka Salovaaranın iştirak edəcəyi məlum olub. Xatırladaq ki, Finlandiya bu il aprelin 4-də rəsmi olaraq NATO-nun 31-ci üzvü olub. İsveçin müraciəti isə hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.

 //Samir Qurbanov,Editor.az