Sabah Paşinyan separatçıları məyus edə bilər – Bakı ilə razılıq ELAN EDİLƏCƏK?backend

Sabah Paşinyan separatçıları məyus edə bilər – Bakı ilə razılıq ELAN EDİLƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soçi görüşündə mətbuata açıqlamada Putin bildirmişdi ki, ilin sonuna qədər delimitasiya və demarkasiya komissiyası prosesə başlaya bilər”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də kommunikasiyaların açılması məsələsi ilə bağlı qərarların qəbul edilməsi gözlənilir:

“Soçidə razılaşdırılsa da, amma bu günə qədər nə Azərbaycanda, nə Ermənistanda sərhədlərin müəyyənləşdirilməsi məqsədilə belə bir komissiyanın tərkibi hələ ki, müəyyənləşməyib. Brüssel görüşündən sonra kommunikasiyaların açılması məsələsində dəmiryolu xətti ilə bağlı da razılıq əldə olunub və bu haqda Paşinyan da açıqlama verib. Yəni hər iki prosesdə müəyyən razılaşmalar mövcuddur.

Sabah (28 dekabr) Sankt-Peterburqda MDB dövlət başçılarının birgə sammiti çərçivəsində ola bilsin Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşü olsun və yaxud hər hansısa qərarlar qəbul olunsun, bu, mümkündür. Çünki bu yaxınlarda Rusiyanın Baş nazirinin müavini Averçuk da Bakı və İrəvana səfərlər etdi. Ola bilsin hər hansısa bir irəliləyiş mövcuddur. Yəni yaxın zamanlarda bu iki istiqamət üzrə qərarların qəbul edilməsini gözləyirik. Amma bu, sabah olacaqdır və yaxud, ilin əvvəli, bunu artıq deməkdə çətinlik çəkirəm”.