Sabah Ukrayna ilə bağlı “böyük açıqlamalar” olacaq – ABŞ-ın NATO-dakı səfiri Metyu Uitakerbackend

Sabah Ukrayna ilə bağlı “böyük açıqlamalar” olacaq – ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker oktyabrın 15-də müttəfiqlərdən Ukraynanın Rusiyanın hava hücumlarına qarşı silah alması üçün maliyyə vəsaiti ilə bağlı “böyük” açıqlamalar gözlədiyini bildirib.

“Bloomberg” xəbər verir ki, amerikalı diplomat bu barədə oktyabrın 14-də telekörpü zamanı bildirib. Ukrayna ABŞ-dan PURL proqramı çərçivəsində ilk növbədə avropalı tərəfdaşların verdiyi vəsaitdən istifadə edərək silah ala bilər. Uitakerə görə, PURL hazırda “rəvan və effektiv işləyir”. ABŞ Avropalı müttəfiqlərinin satın almağa davam edəcəyini gözləyir, – diplomat vurğulayıb: “Sabah bəzi böyük elanlar olacaq”.

Ukrayna prezidenti Vladimir Zelenski bəzi müttəfiqlərin PURL proqramı çərçivəsində silah alışı üçün maliyyə təminatını gecikdirdiyini bildirib. Sentyabr ayına qədər Ukrayna altı ölkədən təxminən 2 milyard dollar maliyyə alıb ki, bu da qarşıya qoyduğu məqsəddən xeyli azdır. Uitaker hesab edir ki, hazırda NATO müttəfiqlərinin təcavüzkar Rusiya ilə “sülh sazişi üçün şərait yaratmaq” üçün səylərini gücləndirməsi və “faktiki olaraq Ukrayna qarşısında müdafiə öhdəliklərini yerinə yetirməsi” vaxtıdır.

//Samir Qurbanov, Editor.az