backend

Sabah yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.