Azərbaycan Premyer Liqasında 19-cu turun sabah keçiriləcək iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Editor.az PFL-in saytına istinadən xəbər verir ki, hər iki oyun FİFA hakiminə tapşırılıb.
8 mart (bazar ertəsi)
“Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bank Respublika Arena”, 16:00
“Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”, 18:15