Sabiq barsalı “Fənərbağça”nın hədəfindəbackend

Sabiq barsalı “Fənərbağça”nın hədəfində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vulverhempton”un futbolçusu Adama Traore karyerasını Türkiyədə davam etdirə bilər.

İspaniyalı cinah oyunçusunun xidmətində “Fənərbağça” maraqlıdır. Futbolçunun ingilislərlə müqaviləsi mövsümün sonuna qədərdir. Yayda onun komandanı tərk edəcəyi bildirilir.

Məlumata görə, Traoreyə “Qalatasaray” və “Başakşehir” də maraq göstərir. Bir müddət öncə isə onun adı “Trabzonspor”la hallanırdı.

27 yaşlı sol cinah oyunçusu bu mövsüm “Vulverhempton”un heyətində 27 oyun keçirib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: “Todofichajes”