Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
Bu barədə “Report”a onun yaxınları bildiriblər.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı olub.
2002-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

