Sabiq icra başçısı doğum günündə vəfat etdi – FOTObackend

Sabiq icra başçısı doğum günündə vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib.

Editor.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Bakı şəhərində 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.

1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirib, 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.