Sabiq nazir müavini daha bir vəzifəsini itirdibackend

Sabiq nazir müavini daha bir vəzifəsini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi keçirilib.

Editor.az  modern.az-a istinadən xəbər verir ki, görüşdə MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Keçmiş nazir müavini Mariana Vasilyeva İcraiyyə Komitəsinin üzvü seçilməyib.

Qeyd edək ki, 2021-ci ildə gənclər və idman nazirinin müavini təyin edilən xanım gimnast yanvarın 16-da işdən çıxarılıb. Mətbuatda onun işdən çıxarılma səbəbi kimi Azərbaycan gimnastika yığmasının üzvlərinə qarşı zor tətbiq etməkdə günahlandırılması göstərilib.