Sabiq prezident 8 il 10 ay həbs cəzasına məhkum edilibbackend

Sabiq prezident 8 il 10 ay həbs cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezident Fernanda Kolor de Melanı korrupsiya və çirkli pulların yuyulmasında ittiham edərək 8 il 10 ay həbs cəzasına məhkum edib.

Editor.az xəbər verir ki, bu barədə çərşənbə günü, mayın 31-də “News Bulletin 247” məlumat yayıb. Məlumatda bildirilir ki, məhkəmə onu senator vəzifəsində çalışdığı 2010-cu ildən 2014-cü ilə qədər 4 milyon dollara yaxın rüşvət almaqda təqsirli bilib. İttiham tərəfinin fikrincə, Petrobras milli neft-qaz şirkətinin törəmə şirkətlərindən birində müqavilələrin imzalanmasına qeyri-qanuni şərait yaratmaq üçün 40-a yaxın ödəniş edilib.

Keçmiş prezident müqavilələrin imzalanmasına şərait yaratmaq üçün öz siyasi təsir imkanlarından istifadə edib və dövlət qulluqçularının şəxsi varlanmaq məqsədilə qanunsuz fəaliyyətlə də məşğul olub. Xatırladaq ki, 73 yaşlı Fernando Kolora de Melo Braziliyanın hərbi diktaturasından sonra ümumxalq səsverməsi ilə seçilən ilk dövlət başçısıdır. O, 1990-1992-ci illərdə Braziliya prezidenti olub.

  //Samir Qurbanov,Editor.az