1966-cı il təvəllüdlü şəxs (kişi cinsli) iyunun 24-ü saat 12:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə, huşsuz gətirilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Pasiyentə ağır açıq kəllə-beyin travması, baş-beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, təpə və sağ ənsə, gicgah nahiyələrinin çoxqəlpəli, basılmış sınıqları, təpə, ənsə nahiyələrinin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozları təyin edilib.
Hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

